Press "Enter" to skip to content

NATO-nun hərbi təhsil ekspertləri ilə görüş

Son yeniləmə: 18 Noyabr 2021 18:49

Bayraqdar.info – NATO-Azərbaycan birgə fəaliyyət planına müvafiq olaraq müdafiə təhsilinin genişləndirilməsi proqramı çərçivəsində (DEEP) NATO-nun ekspert qrupu ilə Bakıda işçi görüşü keçirilib.

Xəbər bayraqdar.info-ya noyabrın 18-də Müdafiə Nazirliyindən verilib.

“Silahlı Qüvvələrin Hərbi Akademiyasında Müdafiə Nazirliyi və Alyansın hərbi təhsil mütəxəssisləri arasında keçirilən görüşdə Azərbaycan Ordusunda 2021-ci il ərzində hərbi təhsil sahəsində həyata keçirilən fəaliyyətlər müzakirə edilib.

“Həmçinin, növbəti il üçün tədbirlərin planlaşdırılması və icrası məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb, yeni perspektivlər nəzərdən keçirilib, əməkdaşlıq planları təhlil edilib.

“Sonra qonaqlar H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olublar. Burada hərbi təhsil sisteminin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb, hərbi təhsilin metodologiyası üzrə bir sıra məsələlər müzakirə edilib, bu sahədə qazanılmış təcrübə üzrə qarşılıqlı brifinqlər təqdim olunub”, – deyə xəbərdə bildirilib.

Mission News Theme by Compete Themes.