Press "Enter" to skip to content

Malayziya ilə ali təhsil sahəsində əməkdaşlıq

Son yeniləmə: 18 Noyabr 2021 09:53

Bayraqdar.info – Malayziyanın “Universiti Teknologi MARA” (UiTM) ali təhsil müəssisəsi ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanlarının müzakirəsi məqsədi ilə ilk onlayn tanışlıq görüşü baş tutub. Görüş Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin və Azərbaycanın Malayziyadakı səfirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Xəbər bayraqdar.info-ya Təhsil Nazirliyindən verilib.

“Onlayn görüşdə Azərbaycan tərəfindən Malayziyadakı fövqəladə və səlahiyyətli səfiri İrfan Davudov, Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq, Elm, ali və orta ixtisas təhsili şöbəsinin əməkdaşları, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universiteti və Bakı Dövlət Universitetinin müvafiq sahə üzrə prorektorları iştirak edibllər. Malayziya tərəfindən isə UiTM-in vitse-kansleri Prof. Ts. Dr. Hajah Roziah Mohd Janor, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Dr. Hajah Zainab Haji Mohd Noor, dekanlar və digər əməkdaşlar onlayn görüşə qoşulublar.

“Görüşdə hər iki tərəf təqdimatla çıxış edib, tibb, bərpa olunan enerji, hüquq və digər ixtisaslar üzrə mümkün əməkdaşlıq imkanlarını, o cümlədən ikili diplom proqramlarının təsis edilməsini, tələbə-müəllim heyətinin mübadiləsini və birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsini müzakirə ediblər”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.