Son yeniləmə: 18 Noyabr 2021 08:25
Bayraqdar.info – Xorvatiyanın xarici işlər naziri Qordan Grliç Radman Balkan ölkələrində demokratiyanın təhlükə altında olduğunu bildirib.
Bu barədə Balkan News saytı məlumat yayıb.
Məlumatda deyilir ki, Avropa Birliyi Xarici İşlər Nazirlərinin Brüssel toplantısından əvvəl mətbuata açıqlama verən Grlic Radman aşağıdakıları bildirib: “Qərbi Balkanlarda vəziyyət getdikcə pisləşir və fikir ayrılıqları dərinləşir. Demokratiya və inteqrasiya üçün də təhlükə var. Biz Avropanın bu hissəsində daha güclü iştiraka malik olmalıyıq. Bu, hadisələrin daha yaxşı istiqamətə dönməsini mümkün edəcək yeganə yanaşmadır”.
Bosniya və Herseqovinadakı vəziyyətin xüsusilə narahatlıq doğurduğunu dilə gətirən Xorvatiyanın xarici işlər naziri ölkədəki separatçı çağırışlara son qoyulmalı olduğunu bildirib.
Bosniya və Herseqovinada həll yolunun bütün qurucu xalqlara hörmət etmək olduğunu ifadə edən Qrliç Radman, “Seçki islahatlarını dəstəkləyirik. İnkişaf üçün bu qaçılmazdır. Ərazi bütövlüyü və demokratiya qorunmalıdır. İstənilən müdaxilə, istər daxili, istərsə də xarici, yolverilməzdir. 1990-cı illəri xatırladan hərəkətlərə son qoyulmalıdır” deyib.