Press "Enter" to skip to content

Gəncədə 8800 nəfərlik fləş-mob – VİDEO

Gəncədə fləş-mob

Bayraqdar.info – “Nizami ili” münasibətilə noyabrın 15-də başlayan Nizami Gəncəvi Beynəlxalq Festivalı maraqlı təqdimatlarla davam edir.

Festival çərçivəsində şairin yurdunda daha bir maraqlı layihə gerçəkləşib. Noyabrın 18-də Gəncə şəhərinin Heydər Əliyev meydanında fləşmob təşkil olunub.

Bu barədə bayraqdar.info-ya noyabrın 18-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

“Gəncə Regional Mədəniyyət İdarəsi, Gəncə Şəhər İcra Hakimiyyəti, şəhər Təhsil İdarəsinin dəstəyi, Gəncə Şəhər İctimai İştirakçılıq Məclisinin təşəbbüsü ilə hazırlanan fləşmobdan əvvəl şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“8800 nəfərin iştirakı ilə baş tutan layihədə Gəncə Maarif İctimai Birliyinin könüllüləri, şəhərin ali təhsil müəssisələrinin tələbələri, orta məktəb şagirdləri dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin portretini və 880 rəqəmini canlı olaraq yaradıblar.

“Xoreoqrafı Mobil Qarayev olan fləşmob şəhər sakinləri tərəfindən maraqla qarşılanıb”, – deyə məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.