Press "Enter" to skip to content

Ermənistan yenidən Tovuz istiqamətindən hücuma keçib

Müdafiə Nazirliyi

Bayraqdar.info – Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətindəki mövqelərimizi atəşə tutub.

Bu barədə məlumatı Müdafiə Nazirliyinin Mətbuat xidməti yayıb.

Məlumatda bildirilir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 17-si saat 17:54-dən 22:52-dək Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan kəndləri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutublar.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Mission News Theme by Compete Themes.