Son yeniləmə: 18 Noyabr 2021 18:48
Bayraqdar.info – “Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətindəki mövqelərimizi növbəti dəfə atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyi saat 15:32-də növbəti məlumatı yayıb.
Məlumatda deyilir: “Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 18-si saat 14:10-dan etibarən Şəmşəddin rayonunun Çinarlı kəndi istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Koxanəbi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan növbəti dəfə atıcı silahlardan intensiv atəşə tutublar.
“Cavab atəşi ilə qarşı tərəf susdurulub.
“Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.”
Qeyd edək ki, noyabtın 17-də də axşam saat 17:57-dən gecə saat 22:52-dək Ermənistanın silahlı qüvvələri həmin istiqamətdə hücuma keçmişdi.