Press "Enter" to skip to content

Dünya Bankı Azərbaycanla səmərəli əməkdaşlıq edir

Bayraqdar.info – Azərbaycanın beynəlxalq maliyyə qurumları, həmçinin Dünya Bankı ilə tərəfdaşlığa böyük önəm verir. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Xatırladaq ki, nazir Mikayıl Cabbarov Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə regional vitse-prezidenti Anna Byerde ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən bayraqdar.info-ya noyabrın 18-də verilən məlumata görə, M.Cabbarov Dünya Bankının texniki yardım və maliyyə dəstəyinin yüksək qiymətləndirildiyini qeyd edib. Vurğulanıb ki, Azərbaycan və Dünya Bankı arasında çoxşaxəli sahələrdə əməkdaşlıq qabaqcıl beynəlxalq təcrübənin tətbiqi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Görüşdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, investisiyaların təşviqi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlər barədə məlumat verilib.

Anna Byerde öz növbəsində Bankın ölkəmizlə səmərəli əməkdaşlığını vurğulayıb. O, Dünya Bankının Azərbaycanda aparılan iqtisadi islahatların dəstəkləndiyini bildirib.

Tərəflər birgə layihələrin icra vəziyyətini və yeni əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.

Mission News Theme by Compete Themes.