Press "Enter" to skip to content

7 türk dövlətinin gənc alimləri Elbaşını dinləyəcək

Son yeniləmə: 18 Noyabr 2021 09:21

Bayraqdar.info – Noyabrın 19-da Beynəlxalq Türk Akademiyası (BTA) Qazaxıstanın İnformasiya və İctimai İnkişaf Nazirliyi ilə birlikdə beynəlxalq elmi-praktik konfrans keçirəcək.

BTA-dan noyabrın 18-də bayraqdar.info-ya verilən xəbərə görə, konfrans Qazaxıstanın müstəqilliyinin 30 illiyi tədbirləri çərçivəsində keçirilir. Mövzu isə “Elbaşı – türk inteqrasiyasının banisi” kimi müəyyən edilərək Qazaxıstanın Birinci Prezidenti Gününə həsr edilib.

Onlayn müstəvidə keçiriləcək konfransda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Başqırdıstan və Tatarıstandan gənc elm adamlarının iştirakı nəzərdə tutulur.

Konfrans Nur-Sultan vaxtı ilə saat 14.00-da başlayacaq.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.