Press "Enter" to skip to content

UNESCO -nun Mədəniyyət Komissiyasında Azərbaycanın sədrliyi

Bayraqdar.info – Məlum olduğu kimi, Parisdə UNESCO Baş konfransının 41-ci sessiyası keçirilir. Baş konfrans çərçivəsində cari ilin 17-19 noyabr tarixlərində konfransın Mədəniyyət Komissiyası öz işinə başlayır.

Mədəniyyət Nazirliyindən bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, UNESCO-nun bütün üzv ölkələrinin və müşahidəçi statusunda olan təşkilatların da iştirak edəcəyi Komissiyanın iclasına Azərbaycan  Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə sədrlik edəcək.

“Komissiyanın gündəliyində Büronun tərkibinin seçilməsi, 2022-2025-ci illər üçün büdcə layihəsi, mədəniyyət sahəsində proqramlar, 2022-2029-cu illər üçün Prioritet Afrika Əməliyyat strategiyasının layihəsi müzakirə ediləcək. Həmçinin, mədəniyyətlə bağlı konvensiyaların icra vəziyyəti, 40-cı Baş Konfransda qəbul edilmiş 43 və 67 saylı qətnamələrin icra vəziyyəti, qanunsuz olaraq ölkədə çıxarılmış mədəni mülkiyyətin geri qaytarılması ilə bağlı hökumətlərarası komitənin 2020-2021-ci illərdə fəaliyyəti ilə bağlı hesabat da gündəliyə daxil edilib. Qeyri-maddi mədəni irs üzrə hökumətləarası komitənin fəaliyyət hesabatı, Mədəniyyətin təbliği üzrə Beynəlxalq Fondun 2020-2021-ci illər üzrə hesabatı, həmçinin Ümumdünya İrs Komitəsinin 2020-2021-ci illər üzrə hesabatı ilə bağlı da müzakirələr aparılacaq”, – deyə Nazirliyin xəbərində bildirilir.

Mission News Theme by Compete Themes.