Press "Enter" to skip to content

Türkiyənin 11-ci Cümhurbaşqanı Türk Akademiyasında

Abdullah Güllə xatirə şəkli

Bayraqdar.info – Türkiyənin 11-ci Cümhurbaşqanı Abdullah Gül Nur-Sultan şəhərinə səfəri çərçivəsində Beynəlxalq Türk Akademiyasını (BTA) ziyarət edib.

Bu haqda xəbəri bayraqdar.info-ya noyabrın 17-də BTA-dan veriblər.

Akademiyanın prezidenti Darxan Kıdırali yüksək qonağı qarşılayaraq onu binada yerləşən Türk Muzeyi və qurumun yayımladığı elmi əsərlərlə tanış edib.

“Türkiyənin keçmiş Cümhurbaşqanı Akademiyanın qardaş ölkələr arasındakı işbirliyini gücləndirmə çalışmalarını təqdir edib və gələcək çalışmalarında uğurlar diləyib”, – deyə xəbərdə bildirilir.

Akademiya prezidenti eyni zamanda qonağa başçılıq etdiyi qurumun türk dünyasının təhsil və elm sahəsindəki önəmli fəaliyyətləri haqqında danışıb.

Görüşün sonunda D.Kıdırali A.Gülə BTA-ya ziyarətindən dolayı təşəkkür edərək qurumun hazırladığı dəyərli nəşrləri təqdim edib.

Xəbərdə xatırladılır ki, 25 may 2010-cu ildə A.Gül Qazaxıstanın 1-ci Prezidenti – Elbaşı Nursultan Nazarbayevlə birlikdə BTA-nın açılışında iştirak edib.

Mission News Theme by Compete Themes.