Son yeniləmə: 17 Noyabr 2021 20:49
Bayraqdar.info – Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu iştirakçılarının bir qrupu ilə görüş keçirib.
Bu barədə bayraqdar.info-ya Nazirlikdən xəbər verilib.
Xəbərdə deyilir ki, görüşdə nazir uşaqları maraqlandıran sualları cavablandırıb. Dəyərlər, peşə seçimi, uğur qazanmağın yolları və digər mövzularda maraqlı diskussiya aparıb.
Səmimi qəbula görə minnətdarlığını bildirən Forum iştirakçıları dövlətin qayğısını daim hiss etdiklərini söyləyiblər. Onların sözlərinə görə, təhsil, sağlamlıq, sosial müdafiə, asudə vaxt, internet təhlükəsizliyi, vətənpərvərlik kimi mövzulara həsr olunan V Ümumrespublika Forumu liderlik bacarıqları və uşaq hüquqları sahəsində analitik düşüncə qabiliyyətinə malik uşaqların seçilməsi üçün gözəl bir fürsətdir.