Son yeniləmə: 17 Noyabr 2021 09:24
Bayraqdar.info – 12-15 noyabr 2021-ci il tarixlərində taekvondo idman növü üzrə Bosniya və Herseqovinada gənc taekvondoçular arasında Avropa birinciliyi keçirilib.
Təhsil Nazirliyindən bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, Birincilikdə Nazirlik sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərindən Azərbaycan yığma komandasının tərkibində 5 nəfər idmançı mübarizəyə qoşulub.
“Yarışda iştirak edən Quba rayon ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Səyyad Dadaşov 51 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub”, – deyə məlumatda qeyd edilir.