Press "Enter" to skip to content

“Könlüm keçir Qarabağdan”

Bayraqdar.info – Noyabrın 18-19-da AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Könlüm keçir Qarabağdan” I Respublika rəsm sərgi-müsabiqəsi keçiriləcək.

Muzeydən bayraqdar.info-ya bildirilib ki, sərgidə 8-17 yaş arası iştirakçıların 44 günlük Vətən müharibəsini əks etdirən 80-ə yaxın rəsm əsəri nümayiş olunacaq. Üç nominasiyada qaliblər müəyyənləşəcək.

Sərgi-müsabiqəsinin məqsədi gənc nəsildə vətənə, torpağa məhəbbət hissinin artırılması, hərbi-vətənpərvərlik ruhunun təbliği, uşaq və gənclərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsidir. Eyni zamanda, Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın əziz xatirəsinin ehtiramla yad olunmasıdır.

Mission News Theme by Compete Themes.