Son yeniləmə: 17 Noyabr 2021 08:20
Bayraqdar.info – Türkiyənin Milli Müdafiə Nazirliyinin 2022-ci il büdcə təklifi Türkiyə Böyük Millət Məclisinin Plan və Büdcə Komitəsində müzakirə edilir. Noyabrın 16-da müzakirələrdə çıxış edən milli müdafiə naziri Hulusi Akar FETÖ ilə mübarizə və Azərbaycanla əməkdaşlıqla bağlı da maraqlı məqamlara toxunub.
Türkiyənin Milli Müdafiə Nazirliyinin msb.gov.tr saytının məlumatına görə, H.Akar 2015-ci ildən bəri 32 min 901 terrorçunun zərərsizləşdirildiyini deyib: “Terrorla mübarizə fəaliyyətlərimizi qısaca xülasə etsək FETÖ, PKK/PYD-YPG, İŞİD başda olmaqla bütün terror təşkilatlarına qarşı mübarizəmiz artan şiddət və sürətlə davam edir”.
FETÖ ilə mübarizə qətiyyətlə davam edir
Nazir deyib ki, FETÖ ilə mübarizə bütövlükdə əldə edilən yeni sənəd və məlumatlarla qətiyyətlə davam edir: “Heç vaxt heç bir xainin TSK-nın şərəfli formasını geyinməsinə icazə verməmişik və verməyəcəyik. 15 iyuldan sonra ölkədaxili və sərhədyanı əməliyyatlarda, o cümlədən sayı və əhatə dairəsi artan böyük təlimlərdə əldə edilən uğurlar FETÖ-dən təmizləndikcə daha da gücləndiyimizin ən bariz göstəricisidir”.
MSB HULUSİ AKAR: "FETÖ ile mücadeleye de, elde edilen yeni bilgi, belge ve verilerle bir bütün hâlinde kararlılıkla devam edilmektedir. TSK'nın şanlı üniformasını hiçbir hainin taşımasına asla müsaade etmedik, etmeyeceğiz."https://t.co/damsOFkuxK#MSB #HulusiAkar pic.twitter.com/Nzg348pQfd
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) November 16, 2021
Azərbaycanın yanında olmağa davam edəcəyik
“Həmçinin Qafqaz regionunun sabitliyinə də böyük əhəmiyyət verir, bu regionda da sülhün təmin olunması üçün böyük səylər göstəririk” deyən H.Akar Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən də bəhs edib: “Bu müddətdə Türkiyə də haqlı davasında azərbaycanlı qardaşlarımızın yanında oldu. Müharibədən sonra imzalanan atəşkəs çərçivəsində yaradılan Birgə Monitorinq Mərkəzində TSK personalı və rus əsgərləri birlikdə xidmət edir, daimi atəşkəs və sabitlik üçün çalışır”.
O da qeyd olunub ki, hazırda TSK Azərbaycan ordusunun modernləşdirilməsi, təlim və tədris fəaliyyətlərinə dəstək verməklə yanaşı işğaldan azad edilmiş ərazilərdə birgə mina axtarış və məhvetmə fəaliyyətlərini davam etdirir:“Artıq Türkiyə və Azərbaycanın təhlükəsizlik məsələləri bir-birindən ayrı düşünülə bilinməyəcək səviyyəyə çatıb. Başda təhlükəsizlik olmaqla hər bir sahədə əməkdaşlığımızı nəzərdə tutan “Şuşa Bəyannaməsi” (15 iyun 2021-ci il) bu istiqamətdə atılmış tarixi addımdır. Bu Bəyannamə təkcə iki ölkənin deyil, bütün Qafqazın inkişafı və sabitliyi üçün böyük əhəmiyyət kəsb edir.
Ermənistan, cənab Prezidentimizin və cənab Əliyevin uzatdığı sülh və dostluq əlini tutmalı, bu imkanlardan, 6-lı Platforma təklifimiz daxil bütün fürsətləri yaxşı dəyərləndirməlidir.
“İki dövlət, bir millət” anlayışı ilə kədərdə da, sevincdə da bir yerdə, bərabər olduğumuz azərbaycanlı qardaşlarımızın bu günə qədər olduğu kimi bundan sonra da haqlı davalarında yanlarında olacağıq”.
Qeyd edək ki, H.Akarın çıxışı Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən geniş və ayrıntılı şəkildə yayımlanıb.