Bayraqdar.info – Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə Böyük Millət Məclisinin Plan və Büdcə Komitəsində nazirliyin 2022-ci il büdcəsinin təqdimatında çıxış edib. Nazir çıxışında, həmçinin Yunanıstan və Güney Kıbrıs rum administrasiyasının Egey və Doğu Akdeniz üzrə son addımlarını da dəyərləndirib.
KKTC-nin Bakıdakı nümayəndəliyindən bayraqdar.info-ya noyabrın 17-də verillən məlumata görə, H.Akar Kıbrısda indiyə qədər irəli sürülən həll variantlaırnın heç bir nəticə vermədiyinə diqqət çəkib: “İndi aydın olmalıdır ki, Kıbrıs türk xalqının suveren bərabərliyi və bərabər beynəlxalq statusu qeydə alınmadan danışıqlarda irəliləyiş ola bilməz. Kıbrısda suveren bərabərliyə əsaslanan iki müstəqil dövlət yeganə həll yoludur”.
“Kıbrıs bizim milli məsələmizdir” , – deyən H.Akar, zəmanət və müttəfiqlik müqavilələrinə uyğun olaraq keçmişdə olduğu kimi bu gün də Kıbrıs türklərinin yanında olduqlarını vurğulayıb.
Milli müdafiə naziri fikrini aşağıdakı şəkildə tamamlayıb: “Nəticədə həm özümüzün, həm də KKTC-nin Ege və Doğu Akdenizdə hüquq, mənafe və mənafelərini qorumaqda qərarlıyıq, bunu bacarırıq”.