Press "Enter" to skip to content

Devlet Bahçeli: Heç zaman sönməyəcək məşəl yandırıldı

Düşməni qorxudan görüntü - Türk Dövlətləri Təşkilatı

Son yeniləmə: 16 Noyabr 2021 22:25

Bayraqdar.info – Noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə qəbul edilən qərarlar türk dünyasında yüksək dəyərləndirilir. Öz növbəsində Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) Genel başqanı Devlet Bahçeli deyib ki, həmin iclasda Türk Keneşinin adının Türk Dövlətləri Təşkilatına dəyişdirilməsi haqqında qərarın qəbul edilməsilə heç zaman sönməyəcək bir məşəl yandırıldı.

Türkiyə mediasının məlumatına görə, partiyasının TBMM Qrup toplantısında çıxış edən D.Bahçeli türk dünyası ilə bağlı xəyalların gerçəyə dönməsi üçün mühüm addımlar atıldığını bildirib.

MHP Genel başqanı çıxışında “Türk dünyasına baxış – 2040” sənədinin qəbulunu da yüksək dəyərləndirib. D.Bahçeli bunun türk dövlətlərinin ortaq maraqlarının olduğu müxtəlif sahələrdə gələcək əməkdaşlığa istiqamət verəcək strateji sənəd kimi qəbul edildiyini xatırladıb.

Çıxışda, eyni zamanda KKTC ilə bağlı məqama da toxunulub: “2021-ci il noyabrın 15-də yaranmasının 38-ci ildönümünü qeyd etdiyimiz KKTC-nin gələn il keçiriləcək zirvə toplantısına dəvət edilməsi çox düzgün qərar idi”.

“Türk dünyasının qəlbində çiçəklənən ümidlərin bütün sahələrə yayılmasını və milli vicdanda mübarək bir dilək kimi qorunub saxlanılan türk birliyinin bu əsrdə gerçəkləşməsini bütün qəlbimlə arzulayıram” , – deyə, sonda MHP Genel başqanı əlavə edib.

Mission News Theme by Compete Themes.