Press "Enter" to skip to content

Dahi Nizaminin əsərləri artıq rəqəmsal formatda

Son yeniləmə: 17 Noyabr 2021 23:09

“Azercell” görkəmli şairin irsini müasir audio-vizual vasitələrlə canlandıracaq

Bayraqdar.info – Dahi şair və böyük mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə 2021-ci il Prezident cənab İlham Əliyevin sərəncamına əsasən ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib. Ölkənin lider mobil operatoru “Azercell Telekom” mədəniyyət tariximizdə bu əhəmiyyətli hadisəni layiqincə qeyd etmək üçün növbəti layihəsini təqdim edir.

Bu barədə bayraqdar.info-ya “Azercell Telekom” MMC-dən verilən məlumatda deyilir.

Qeyd edilir ki, “Həm yerli, həm də xarici oxucuları Şərqin ən böyük şairinin yaradıcılığı ilə tanış etmək üçün “Azercell” Nizami əsərlərinin ən sevilən nümunələrini rəqəmsal mütaliə vasitələrilə təbliğ etmək təşəbbüsü ilə çıxış edir. Beləliklə, “Azercell”in dəstəyilə Nizaminin 40-dan çox seçilmiş fəlsəfi və lirik məzmunlu müxtəlif ölçülü əsərləri Azərbaycan, rus, ingilis, fransız və türk dillərində Bookmate proqramının “Audiobook” bölməsinə yerləşdiriləcək.

Audio faylların hazırlanmasında digər bir özəl xüsusiyyət onların orijinal fon musiqiləri ilə təqdim olunmasındadır. Ud, tar, kamança və digər qədim musiqi alətlərinin müşayiəti ilədil daşıyıcıları tərəfindənsəsləndiriləcək poeziya nümunələri daha təsirli və xalqımızın mədəni irsi baxımından daha mütəşəkkil ifadə olunacaq”.

“Azercell” tərəfindən daha bir maraqlı yenilik isə layihə çərçivəsində Nizami Gəncəvinin “Kərpickəsən kişinin dastanı” və “Adil Nuşirəvan ilə vəzirin hekayəti” əsərlərinə komiks janrında şəkillərin çəkilməsi və komiks toplusundan ibarət kitabın tərtib edilməsidir. Qeyd edək ki, həmin komikslər də Azərbaycan, rus və ingilis dillərində adaptə ediləcək.

O da xatırladılır ki, Nizami Gəncəvinin əsərlərindən öncə “Azercell” rəqəmsal kitabxana üçün İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə şair və filosofun seçmə qəzəllərini, “Koroğlu” dastanının 10 qolunu və müxtəlif klassik müəlliflərin əsərlərini audiokitab formatında hazırlayaraq beynəlxalq Bookmate tətbiqinə yükləyib

Qeyd edilir ki, “Azercell” abunəçiləri üçün xüsusi endirimlə təqdim olunan Bookmate rəqəmsal platforması vasitəsilə lider operator Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə tanıdılmasına xidmət edən layihələr gerçəkləşdirir. “Azercell”in müasir cəmiyyətin tələbatına və yaşam tərzinə uyğun formatda hazırladığı ədəbi məzmun ölkədə, xüsusilə də gənclər arasında mütaliə mədəniyyətinin inkişafı və Azərbaycanın ədəbi irsinindünyanın istənilən nöqtəsində müxtəlif dillərdə daha əlçatan olmasına xidmət edir”.

“Xatırladaq ki, şairin zəngin irsinin təbliği məqsədilə “Azercell” bundan öncə Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş xüsusi əlifba da işləyib hazırlayıb. Həmin əlifba sosial şəbəkələrdə geniş yayılaraq istifadəçilər arasında populyarlıq qazanıb. “Nizami Gəncəvi İli” ərzində “Azercell” şirkətinin təqdimatında audiokitab və komikslər yeni formatda təqdim olunmağa davam edəcək” , – deyə, əlavə edilir.

Bookmate tətbiqinə abunə olmaq, eləcə də “Azercell Telekom”un fəaliyyətini mətbuat və sosial media platformaları üzərindən izləməklə siz də bu yeniliklərdən faydalana biləcəksiniz.

Rəqəmsal kitabxana Bookmate haqqında daha ətraflı məlumat üçün:

www.azercell.com/az/personal/digital-solutions/bookmate.html

 

Mission News Theme by Compete Themes.