Son yeniləmə: 17 Noyabr 2021 16:53
Bayraqdar.info – Noyabrın 16-da Milli Məclisin Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov Almaniyanın Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Mattias Lüttenberqin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Almaniya Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz və Mərkəzi Asiya şöbəsinin birinci katibi, Azərbaycan üzrə kurator Benedikt Qöbel, Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq, səfirliyin müşaviri Andreas Holt və digər rəsmi şəxslər iştirak ediblər.
Xəbər noyabrın 17-də MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilib.