Bayraqdar.info – Türkiyənin diplomatik müraciəti əsasında Azərbaycanın səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Türkiyə Səhiyyə İnstitutunun və Vaksin İnstitutunun direktorlarını qəbul edib.
Bu barədə noyabrın 16-da bayraqdar.info-ya Səhiyyə Nazirliyindən məlumat verilib.
“Görüşdə qardaş ölkənin nümayəndələri Türkiyədə COVID-19-a qarşı hazırlanmış inaktiv TURKOVAC peyvəndinin 3-cü faza kilinik sınaqlarının aparılmasına Azərbaycanın da qoşulmasını təklif ediblər.
“Öz növbəsində T.Musayev Azərbaycanda TURKOVAC-ın 3-cü klinik sınaq mərhələsinin keçirilməsi ilə bağlı təqdim edilən sənədlərə tez bir zamanda baxılacağını bildirib.
“Görüşdə sözügedən məsələlər ilə əlaqədar fikir mübadiləsi aparılıb və elmi-tibbi aspektlər müzakirə edilib.” Məlumatda belə bildirilir.