Bayraqdar.info – “YAŞAT” Fondunun Himayəçilik Şurasının növbəti iclası keçirilib.
Bu barədə bayraqdar.info-ya noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu olan “YAŞAT” Fondu ötən müddət ərzində mühüm işlər görüb.
Qeyd edilib ki, iclasda Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Fondun bu günə qədər həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Həmçinin gələcək fəaliyyətə dair planlar, nəzərdə tutulan məsələlər diqqətə çatdırılıb.
Himayəçilik Şurasının üzvləri də cari məsələlər, həmçinin gələcək fəaliyyətə dair təkliflərini diqqətə çatdırıblar.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Fondun vəsaitinin sərəncamçısı müəyyən edilib. Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti isə Azərbaycan Respublikası Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir.