Son yeniləmə: 16 Noyabr 2021 20:23
Bayraqdar.info – Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu Azərbaycan-Ermənistan dövlət sərhədində yaranan vəziyyətlə bağlı Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənova zəng edib.
Məlumatı noyabrın 16-da Müdafiə Nazirliyi yayıb.
“Telefon danışığı əsnasında general-polkovnik Z.Həsənov iki ölkənin dövlət sərhədində Ermənistanın törətdiyi təxribatların qarşısının qətiyyətlə alındığını bildirib.
“Ordu generalı S.Şoyqu hərbi əməliyyatların dayandırılması və vəziyyətin sabitləşdirilməsi üçün səylər göstərməyə hazırlığını ifadə edib”, – deyə məlumatda qeyd edilir.