Son yeniləmə: 16 Noyabr 2021 16:23
Bayraqdar.info – Son günlər Ermənistan-Azərbaycan sərhəddində baş verənlərlə bağlı noyabrın 16-da Azərbaycan Müdafiə Nazirliyinin rəsmisi Anar Eyvazov brifinq keçirib.
Brifinqdə A.Eyvazov noyabrın 16-da Ermənistanla dövlət sərhəddində baş verənlərlə bağlı məlumat verib.
“Son dövrdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan dövlət sərhəddini Kəlbəcər və Laçın rayonları ərazisində törətdiyi təxribatlar noyabrın 16-da daha da instensivləşib.
“Ermənistanın hərbi birləşmələri dövlət sərhəddinin bu istiqamətdəki yüksəklikləri ələ keçirməklə daha əlverişli mövqelərə yiyələnmək və hərbi üstünlüyə nail olmaq məqsədilə noyabrın 16-sı saat 11:00 radələrində qəfil hərbi əməliyyatlara başlayıb.
“Basarkeçər və Qarakilsə rayonlarında yerləşən mövqelərinə əlsavə canlı qüvvə, hərbi və xüsusi texnika, o cümlədən artilleriya vasitələri cəmləşdirən Ermənistan hərbi bölmələri orumuzun Kəlbəcər və Laçın rayonları istiqamətində müxtəlif çaplı atıcı silahlar, minaatanlar, artilleriya qurğuları və qumbaraatanlardan intensiv atəşə tutublar”, – deyə MN rəsmisi bildirib.