Son yeniləmə: 16 Noyabr 2021 23:28
Bayraqdar.info – Noyabrın 16-sı Türkiyə Milli Müdafiə naziri Hulusi Akarla Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub.
Bu barədə Müdafiə Nazirliyindən xəbər verilib.
“General-polkovnik Z.Həsənov Ermənistan tərəfinin təxribatları və dövlət sərhədində olan vəziyyət barədə həmkarını məlumatlandırıb və qarşı tərəfin bu addımlarının qarşısının qətiyyətlə alındığını bildirib.
“H.Akar öz növbəsində Türkiyənin həmişə olduğu kimi bu gün də Azərbaycanın yanında olduğunu bildirib”, – deyə xəbərdə qeyd edilir.