Bayraqdar.info – İran rejimi üç ildır Güney Azerbaycanın Urmiya (Urmu) şəhərindəki bir oğlan uşağına adı türkçə – Huntay olduğu üçün kimlik kartı vermir. Rejim bununla bağlı müraciəti israrla rədd edir.
Bu barədə ArazNews öz Telegram kanalında məlumat yayıb.
Bildirilib ki, bu səbəbə görə də Huntay üç ildır kimliksiz qalıb. Halbuki İranda bir çox yad və anlamsız farsça adlar istifadə edilir. O adların daşıyıcılarına isə rejim tərəfindən şəxsiyyət vəsiqəsi verilir.
Beləliklə, bu, İrandakı fars müstəmləkəçiliyinin növbəti bariz örnəyidir.
Məlumatda o da qeyd edilir ki, Güney Azerbaycanın milli fəalları bu duruma etirazlarını divarlara broşürlər asaraq bildiriblər.