Son yeniləmə: 16 Noyabr 2021 09:51
Bayraqdar.info – Bakıda Azərbaycan və Almaniyanın hərbi hüquq ekspertləri arasında görüş keçirilib.
Azərbaycan Müdafiə Nazirliyi ilə Almaniya Federal Müdafiə Nazirliyi arasında imzalanmış illik hərbi əməkdaşlıq planına əsasən noyabrın 15-də Bakıda iki ölkənin hərbi hüquq üzrə ekspertlərinin görüşü keçirilib.
Bu barədə xəbər bayraqdar.info-ya Müdafiə Nazirliyindən verilib.
Xəbərdə bildirilir ki, hərbi hüquq üzrə ekspert görüşündə hərbi qanunvericiliyə dair qarşılıqlı təcrübə mübadiləsi keçirilib. İnzibati icraatın və xidməti araşdırmaların aparılması, hərbi hüquqşünasların xidməti fəaliyyəti sahəsində qabaqcıl təcrübənin öyrənilməsi və bir sıra digər məsələlər müzakirə olunub.