Bayraqdar.info – Ermənistan Müdafiə Nazirliyi noyabrın 16-da meydana gələn hərbi qarşıdurmalar nəticəsində 12 həbrçisinin Azərbaycan tərəfindən əsir alındığını təsdiqləyib.
“Sputnik Armeniya”nın yaydığı xəbərə görə, əsir düşən hərbçilərdən 7-si MAXE, 5-i isə həqiqi hərbi xidmət keçən qulluqçulardır.
O da bildirilir ki, Ermənistan tərəfi canlı qüvvə itkilərinin olduğunu etiraf edib. Lakin onların sayı haqqında məlumat verməkdən yayınaraq bunun dəqiqləşdirildiyini bilidirib.
Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfinin də çoxsaylı itkilər verdiyini iddia edib. Saat 17.00 üçün olan məlumata görə, intensiv döyüş əməliyyatları davam edir.
Əlavə edək ki, son günlər Ermənistan silahlı qüvvələri Azərbaycanla sərhəddə ard-arda silahlı təxribatlar törədir. Bunun qarşılığı olaraq Azərbaycan ordusu da qarşı tərəfə gərəkli cavabı vermək məcburiyyətində qalıb.