Press "Enter" to skip to content

“Buta Airways” Səudiyyə Ərəbistanına uçuşlara başlayır

Son yeniləmə: 16 Noyabr 2021 10:32

Bayraqdar.info – “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) aşağıbüdcəli törəməsi – “Buta Airways” Səudiyyə Ərəbistanının iki şəhərinə – Ər-Riyad və Dammama xüsusi reyslər yerinə yetirməyə başlayır.

Bu barədə bayraqdar.info-ya “Buta Airways”-dən məlumat verilib.

Məlumata görə, Ər-Riyada reyslər noyabrın 27-dən etibarən hər həftənin şənbə günləri, Dammama isə reyslər noyabrın 26-dan etibarən hər həftənin bazar ertəsi və cümə günləri həyata keçiriləcək.

Ölkədəki epidemioloji vəziyyətlə əlaqədar tətbiq olunan məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir – “Standart” və “Super”. Hər iki tarifə ödənişsiz olaraq yer seçimi və hava limanında qeydiyyat daxildir.

“Həmin reyslərə biletləri daşıyıcının rəsmi saytından (“Super” və “Standart” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız “Super” tarifi üzrə) əldə etmək mümkündür.

“Aviabiletlərin dəyəri 55 avrodan başlayır.

“Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstəriləcək.

“Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq”, – deyə şirkətin məlumatında bildirilir.

Şirkətdən o da bildirilib ki, Səudiyyə Ərəbistanına səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları bu ölkə ərazisinə giriş hüququna malik olmalıdırlar. Pandemiya dövründə Səudiyyə Ərəbistanına giriş qaydaları ilə aviaşirkətin saytında tanış olmaq mümkündür.

“Azərbaycanda COVID-19-a dair testdən keçmək üçün klinikaların siyahısı aviaşirkətin rəsmi saytında təqdim edilib.

“Sərnişin Səudiyyə Ərəbistanının şəhərlərindən Azərbaycana uçuş zamanı COVID-19-a dair testi dövlətin akkreditə etdiyi və PCR-testi üsulu ilə analiz götürən istənilən klinika və yaxud laboratoriyada verə bilər. Arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə edilir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyət prosedurlarından daha sürətli keçməyə kömək edəcək.

“COVID-19 testinin nəticəsi uçuşdan əvvəl 72 saat ərzində etibarlı olmalıdır”. Şirkətin məlumatında belə deyilir.

Mission News Theme by Compete Themes.