Press "Enter" to skip to content

AB Şurasının Prezidenti Azərbaycan və Ermənistanla müzakirə aparıb

Şarl Mişel

Son yeniləmə: 16 Noyabr 2021 19:02

Bayraqdar.info – “Bugünkü olaylarla bağlı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla müzakirə apardım. Təcili olaraq qarşıdurmanı dayandırıb tam atəşkəsə çağırış etdim. Bölgədəki vəziyyətin düzəlməsi üçün Avropa Birliyi tərəfdaşlarıyla birlikdə zəngin və sabit Güney Qafqaz naminə gərginliklərin öhdəsindən gəlmək üçün işləməyə sadiqdir.”

Bu sözlər Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelə aiddir. O, bu fikirlərini özünün sosial media hesabı üzərindən paylaşıb.

Az öncə Azərbaycan Prezidentinin Mətbuat xidməti də bu haqda xəbər yayıb. Xəbərdə deyilir: “Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

“Söhbət əsnasında Prezident Şarl Mişel Ermənistan-Azərbaycan sərhədində baş vermiş hadisələrlə bağlı narahatlığını ifadə edib. Sərhəddə cərəyan edən hadisələrlə bağlı Şarl Mişelin müraciətinə cavab olaraq Prezident İlham Əliyev bildirib ki, dəfələrlə Ermənistan tərəfi Şuşa, Laçın, Kəlbəcər istiqamətində hərbi təxribatlara əl atıb və Ermənistanın son genişmiqyaslı hücumu bu gün baş verib.

“Dövlətimizin başçısı Azərbaycan tərəfdən yaralıların olduğunu qeyd edərək, Ermənistanın təxribatlarına adekvat cavab verildiyi vurğulayıb.

“Prezident İlham Əliyev yaranmış vəziyyətə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bildirib.

“Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb”.

Mission News Theme by Compete Themes.