Press "Enter" to skip to content

Dövlət Təhlükəsizliyi Xidmətindən xəbərdarlıq

Son yeniləmə: 16 Noyabr 2021 16:37

Bayraqdar.info – “Son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən dövlət sərhədində törədilən bəzi təxribatlarla bağlı bir sıra media və sosial şəbəkə resurslarında həqiqəti əks etdirməyən, əhali arasında vahimə yaratmaq, ictimai rəyi çaşdırmaq məqsədi güdən məlumatlar yayımlanmaqdadır.

“Diqqətə çatdırmaq istərdik ki, bu tip qərəzli, saxta və ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən xəbərlərin tirajlanması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.

“Vətəndaşlarımızı Azərbaycanın milli təhlükəsizliyinə və maraqlarına zərər vuran, əsassız, aidiyyəti dövlət orqanları ilə dəqiqləşdirilmədən, rəsmi mənbələrə istinad olunmadan yayımlanan belə məlumatlara inanmamağa çağırırıq.”

Bayraqdar.info xəbər verir ki, məlumatı noyabrın 16-da Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsi yayıb.

Mission News Theme by Compete Themes.