Press "Enter" to skip to content

Min yüzdən çox şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

Son yeniləmə: 16 Noyabr 2021 18:30

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin iyun ayında başladılan “Məşğulluq marafonu”na bu günədək 579 işəgötürən (o cümlədən 306-ı dövlət, 273-ü özəl) qoşularaq 3 min 472 vakansiya təqdim edib.

Bu barədə bayraqdar.info-ya noyabrın 16-da ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında keçirilən marafonun məqsədi Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və müharibədə yaralanmış qazilərimizin məşğulluğuna dəstək verməkdir.

Marafona təqdim edilən vakansiyalar üzrə həmin kateqoriyalardan olan artıq 1 min 103 nəfər (171 şəhid ailəsi üzvü və 932 qazi) işlə təmin olunub. Hazırda da vakansiyalar üzrə göndərişlərin verilməsi davam edir.

“Məşğulluq marafonu”na qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqında məlumatları keçidə daxil olmaqla qeyd edə bilərlər.

Mission News Theme by Compete Themes.