Press "Enter" to skip to content

Yücel Bulut: KKTC mənən Türk Dövlətləri Təşkilatının bir parçasıdır

Son yeniləmə: 15 Noyabr 2021 09:02

Bayraqdar.info – “Türk Dövlətləri Təşkilatının qurulması MHP-nin yarım əsrlik idealını və hədəfini beynəlxalq bir təşkilat çərçivəsində təcəssüm etdirən ilk və güclü addım oldu”.

Bunu Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) Tokat millət vəkili Yücel Bulut deyib.

Bayraqdar.info-nun “Milliyətçi partiya olaraq MHP-nin Türk Dövlətləri Təşkilatının yaranmasına münasibəti necədir” sualını cavablandıran Y.Bulut bildirib ki, daha güclü, daha böyük və sarsılmaz bir birliyin inşası üçün ilk dəfədir belə güclü səs ucalır: “Hörmətli Genel Başqanımız Devlet Bahçeli bəy də Türk Dövlətləri Təşkilatının qurulmasından sonra cənab Cümhurbaşqanımızı telefonla arayaraq təbrik edib və əziz millətimizin Cümhurbaşqanımızı “Milli Şüur Nişanı”na layiq gördüyünü səmimiyyətlə ifadə edib. Qurulmasi böyük sevinclə qarşılanan Türk Dövlətləri Təşkilatı dünyada türkün birlikdə yeni bir güc və balans olaraq yüksəlişinin xəbərçisidir”.

KKTC-nin Türk Dövlətləri Təşkilatına üzv qəbul edilməsi üçün hansı addımın atıla biləcəyinə dair suala gəlincə Y.Bulut aşağıdakıları bildirib: “KKTC şübhəsiz ki, bir türk yurdu, türk vətənidir. Müstəqil bir türk dövlətidir. Bu gün rəsmi olmasa da, mənəvi cəhətdən Türk Dövlətləri Təşkilatının bir parçasıdır. Kıbrıs davası da təkcə Türkiyənin deyil, Türk dünyasının davasıdır. Bu səbəbdən də ən qısa zamanda haqlı Kıbrıs davamızın möhürü olan KKTC-nin beynəlxalq aləmdə tanınacağına və Türk Dövlətləri Təşkilatının bir parçası olacağına inanıram”.

Mission News Theme by Compete Themes.