Press "Enter" to skip to content

Su İdmanı Sarayına mediatur

Bayraqdar.info – Su İdmanı Sarayında media nümayəndələri üçün tanışlıq turu təşkil olunub.

Tur zamanı sarayın direktoru Elçin Həsənov və üzgüçülük üzrə milli komandanın baş məşqçisi Rəşad Əbürrəhmanov jurnalistləri kompleksin şəraiti və fəaliyyəti barədə məlumatlandırıblar.

Xəbər bayraqdar.info-ya Su İdmanı Sarayından verilib.

R.Həsənov bildirib ki, 2015-ci ildə birinci Avropa Oyunları ərəfəsində istifadəyə verilən Su İdmanı Sarayı yığma komanda ilə yanaşı, üzgüçülüklə məşğul olmaq istəyən hər bir kəsin üzünə açıqdır. O, qeyd edib ki, Su İdmanı Sarayı Avropada ilk üçlüyə, dünyada isə ilk onluğa daxil olan müasir və dünya standartlarına cavab verən unikal idman komplekslərindən biridir:“Burada müasir interyer, xoş abu-hava, effektiv işiqlandırma, havalandırma və isitmə sistemləri, rahat soyunma-geyinmə otaqları mövcuddur. Habelə suyun və havanın optimal temperaturda saxlanılması, suyun tərkibinin təmizliyinin yüksək səviyyədə saxlanılması təşkil edilib.

“Qonaqların isitifadəsi üçün 5 hovuz, “Technogym” şirkətinin müasir idman avadanlıqları ilə təhciz edilmiş idman zalı, çimərlik idman oyunları üçün meydançalar, mini futbol meydançası, SPA mərkəzi, gözəllik salonu, restoran, kartinq mərkəzi fəaliyyət gostərir. Ümumilikdə, kompleksdə uşaq idman növlərinin inkişafı üçün yüksək səviyyəli şərait yaradılıb.

“Xüsusi normativləri yerinə yetirərək uğurlu nəticələri ilə fərqlənən idmançılarımızı həvəsləndirmək məqsədilə Su İdmanı Sarayı tərəfindən üzgüçülüklə məşğul olan uşaqlar üçün 3 ayda bir dəfə yarışlar keçirilir və öz nəticələrini yaxşılaşdıran 5 idmançı təqaüd alaraq ödənişsiz məşqlərə cəlb olunur. Yetirməsi yüksək nəticə göstərən məşqçinin maaşı da Su İdmanı Sarayı tərəfindən ödənilir və bu addım ölkəmizdə üzgüçülük idmanına bir töhfədir.”

“Milli komandanın baş məşqçisi R.Əbdürəhmanov son illər üzgüçüluklə məşğul olanların sayının artdığını bildirib. Hazırda Azərbaycan yığma komandasının tərkibinin təmamilə yeniləndiyini bildirən baş məşqçi onun yeniyetmə və gənclərdən təşkil olunduğunu vurğulayıb:“Komandamızda 15-dən cox idman ustası yetişib. Son 6 ildə Su İdmanı Sarayının dəstəyi bu nəticənin əldə edilməsi üçün böyük təkan olub. Tokio Yay Paralimpiya Oyunlarında idmançımız Vəli İsrafilov 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında qızıl medal qazanıb. Bu nailiyyətdə kompleksin məşqçisinin böyük rolu olub. Su İdmanı Sarayında kiçik yaşlı idmançılarımızın da gələcəkdə yığma komandanın tərkibinə daxil olması üçün seleksiya işi aparılır. Bu seleksiyalar nəticəsində biz artıq idman qrupu yaratmışıq. Onun tərkibinə 100-dək uşaq cəlb olunaraq daxili və xarici yarışlarda müxtəlif əyarlı medallar qazanıblar”, – deyə o bildirib.

Baş məşqçi qeyd edib ki, bədii üzgüçülük üzrə də artıq komanda formalaşıb. Yığmamız hazırda Moskva şəhərində Rusiya çempionatında iştirak edir və artıq medal da qazanıb. Xəbərdə belə deyilir.

Mission News Theme by Compete Themes.