Bayraqdar.info – Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrı Şarl Perronun “Qırmızıpapaq” nağılı əsasında hazırlanmış tamaşanın premyerasını keçirib.
Teatrdan bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, premyera Qaraçuxur qəsəbəsində yerləşən Qurban Abbasov adına Mədəniyyət Sarayında baş tutub.
“Tamaşanın müəllif və rejissoru İlhamə Əhmədovadır. Səhnə əsərinin rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf Hüseynli, rəqslərin quruluşu isə Könül Şahbazovaya məxsusdur. Tamaşa 5-10 yaşlı məktəblilər üçün nəzərdə tutulub”, – deyə Teatrdan bildirilir.