Press "Enter" to skip to content

Nizami Gəncəvi Beynəlxalq Ədəbiyyat Festivalı başlayır

Son yeniləmə: 15 Noyabr 2021 16:46

Bayraqdar.info – Noyabrın 15-də Mədəniyyət Nazirliyi, AMEA, Gəncə Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Nizami Gəncəvi Mərkəzi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbirlərdən ibarət Nizami Gəncəvi Beynəlxalq Ədəbiyyat Festivalı başlayır.

Xəbər bayraqdar.info-ya noyabrın 15-də Mədəniyyət Nazirliyindən verilib.

Xəbərdə bildirilir ki, Festival çərçivəsində 15-26 noyabr tarixlərində Bakı və Gəncə şəhərlərində bir sıra tədbirlər – elmi konfranslar, teatr tamaşaları, konsertlər, kitab və rəsm sərgiləri keçiriləcək.

Festivalın açılış günündə görkəmli elm xadimləri, Nizamişünaslar, dövlət rəsmiləri və Gəncə şəhər ictimaiyyəti N.Gəncəvinin Məqbərəsini ziyarət edəcək. Ardınca gün boyu Gəncə Dövlət Filarmoniyasının Kamera orkestri və Xalq Çalğı Alətləri Orkestri çıxışları ilə festivalın qonaqlarını salamlayacaqlar.

“Eyni gündə Bakıda saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində Nizaminin sözlərinə yazılmış əsərlərdən ibarət konsert proqramı təşkil ediləcək.

“Noyabrın 16-da Gəncədə Nizami Poeziya Teatrında “Nizami işığında” tamaşası və Bakıda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qara Qarayevin “Yeddi gözəl” baleti nümayiş olunacaq.

“Festival çərçivəsində – 17 noyabrda Gəncədə Məhsəti Gəncəvi Mərkəzində “Gəncə şairlərinin Ürfan məclisi” ədəbi-bədii kompozisiyası və Bakıda Azərbaycan Dövlət Akademik Filarmoniyasında Gənclər Kamera Orkestrinin və Azərbaycan Milli Konservatoriyasının tələbə xorunun konserti baş tutacaq.

“”Noyabrın 18-də Azərbaycan Dövlət Mahnı Teatrında N.Gəncəvinin “Leyli və Məcnun” poeması əsasında hazırlanmış “Leyli və Məcnun” tamaşası təqdim ediləcək.

“Festivalın davam etdiyi 19 noyabr tarixində Gəncə Dövlət Kukla Teatrında N.Gəncəvinin “Yeddi gözəl” poeması əsasında hazırlanan “Xeyir və Şər” uşaq tamaşası və Bakıda Opera və Balet Teatrında F.Əmirovun “Nizami” baleti nümayiş olunacaq.

“Noyabrın 20-də Gəncə Dövlət Filarmoniyasının “Xəmsə” estrada qrupunun çıxışı və Bakıda Azərbaycan Milli Kitabxanasında Nizami Gəncəvinin əsərlərinə çəkilmiş miniatürlərdən ibarət sərgi baş tutacaq”, – deyə xəbərdə vurğulanır.

Xəbərdə bildirilir ki, zəngin proqrama malik festivalın növbəti günündə – 22 noyabr tarixində Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “N.Gəncəvi irsi əlyazmalarda, miniatürlərdə və musiqidə” mövzusunda elmi konfrans baş tutacaq, sərgi açılacaq.

Həmçinin, Beynəlxalq Muğam Mərkəzində “N.Gəncəvi.Biblioqrafiya” və “Nizamini oxuyaq” (ingilis dilində) kitablarının və “N.Gəncəvi əlyazmaları dünya kitabxanalarında” Elektron məlumat bazasının təqdimatı keçiriləcək.

“Noyabrın 23-də Azərbaycan Milli Kitabxanasında “Sözləri Nizaminindir” mövzusunda ədəbi-bədii qiraət, musiqi kompozisiyası və eyniadlı disk-albomun təqdimatı və həmin tarixdə Gəncə Urban Mərkəzində Gəncə şəhər uşaq incəsənət və rəssamlıq məktəblərinin iştirakı ilə Nizami Gəncəvinin “Xəmsə”sinin motivləri üzrə çəkilmiş miniatürlərə həsr edilən rəsm əsərlərindən ibarət sərginin açılışı olacaq.

“Noyabrın 24-də Gəncə Dövlət Dram Teatrında M.F.Axundzadənin eyniadlı əsəri əsasında hazırlanan “Misyo Jordan və Dərviş Məstəli Şah” tamaşası təqdim ediləcək.

“24 noyabrda öz işinə başlayacaq, yerli və xarici elm adamları, Nizamişünasların iştirakı ilə Bakı şəhərində 3 gün davam edəcək “N.Gəncəvi: Mədəniyyətlər arasında körpü” mövzusunda beynəlxalq forumu və noyabrın 26-da Gəncədə Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının çıxışı ilə festival öz işini yekunlaşdıracaq.” Xəbərdə belə qeyd edilir.

Mission News Theme by Compete Themes.