Press "Enter" to skip to content

Molla rejimi türk dili kafedrası açılmasına icazə vermir

Əziz Cavanpur (soldan 3-cü)

Bayraqdar.info – İran hökuməti Təbriz Azad Universitetində türk dili və ədəbiyyatı kafedrasının açılmasına icazə vermir. Ölkənin Elm Nazirliyi buna razılıq vermir. Bu barədə univesitetin rektoru Əziz Cavanpur bildirib.

“Azad İran” Telegram kanalı xəbər verir ki, o, noyabrın 14-də bu haqda deyib: “Təbriz Azad Universitetinin rektoru olduğum dövrdə türk dili və ədəbiyyatı bölmələrinin açılması ilə bağlı müraciətimi Ümumi Mədəniyyət Şurası qəbul etsə də, Elm Nazirliyi buna icazə verməyib”.

Rektor yalnız Təbriz Universitetində belə bir bölmənin açılmasına imkan verildiyini, başqa universitetlərdə buna maneçilik törədildiyini söyləyib.

“Elm Nazirliyi icazə versə, Təbriz Azad Universitetində türk dili və ədəbiyyatı bölməsini aça bilərik.” Ə.Cavanpur bildirib.

Qeyd edək ki, İranda on milyonlarla Azərbaycan türkü ana dilində təhsil ala bilmir. Yalnız Təbriz Universitetində türk dili və ədəbiyyatı kafedrası fəaliyyət göstərir.

Mission News Theme by Compete Themes.