Press "Enter" to skip to content

Gənclər və idman naziri Qılıncoynatma Federasiyasında

Bayraqdar.info – Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Qılıncoynatma Federasiyasının fəaliyyəti ilə tanış olub.

Xəbər bayraqdar.info-ya Gənclər və İdman Nazirliyindən verilib.

“Qılıncoynatma üzrə milli komandanın üzvləri ilə görüşən nazir Fərid Qayıbov onların məşq proseslərini izləyib, yaradılmış şəraitlə maraqlanıb.

“Federasiyanın baş katibi Vasif Məmmədov nazirə Federasiyanın fəaliyyəti, gənc idmançılarla hazırlıq prosesi, qarşıdakı yarışlara hazırlıq və gələcək planlar barədə məlumat verib. Mütəxəssislərlə müzakirələr aparan nazir Fərid Qayıbov qeyd olunan məsələlərlə bağlı öz tövsiyələrini verib.

“Görüşdə Federasiyanın İcraiyyə Komitəsinin üzvü Balakişi Qasımov, şpaqa üzrə milli komandanın baş məşqçisi Sudef Quliyev iştirak ediblər”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.