Son yeniləmə: 15 Noyabr 2021 08:54
Bayraqdar.info – Türkiyənin vitse-prezidenti Fuat Oktay bu gün Kuzey Kıbrıs Türk Cümhuriyyətinə səfər edəcək. Bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, Fuat Oktay KKTC-nin yaranmasının 38-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak edəcək. Vitse-prezident həmçinin, tədbirlər çərçivəsində Lefkoşa Atatürk Anıtı önünə əklil qoyacaq, sonra da rəsmi parada qatılacaq.
KKTC Cümhurbaşqanı Ersin Tatarın bayram münasibətilə verəcəyi rəsmi ziyafətə də qatılacaq F.Oktay eyni zamanda, Yeni Girne hərbi xəstəxanasının təməlatma, 500 çarpayılıq dövlət xəstəxanasının açılış və İskele-Çayırova avtomobil yolunun Boğaz-Çayırova 9 kilometrlik bölümü ilə kənd yolları layihəsi çərçivəsində 25 kilometrlik kənd yolunun açılış mərasimlərinə qatılacaq.
Fuat Oktay 100 obyektivdə Türk-İslam Elm Tarixi Sərgisinin açılışında da iştirak edəcək.