Press "Enter" to skip to content

Dünya Uyğur Qurultayı seçkilər keçirib

DUQ-un Praqa toplantısında Dolkun İsa tribunada

Bayraqdar.info – Noyabrın 14-də Çexiyanın paytaxtı Praqada Dünya Uyğur Qurultayı (DUQ) özünün 7-ci Baş Məclisini keçirib. Məclisdə dünyanın müxtəlif ölkələrindən (Çin istisnadır) 204 seçilmiş nümayəndə iştirak edib.

Xəbəri bayraqdar.info-ya noyabrın 15-də DUQ-dan veriblər.

Xəbərdə deyilir ki, Məclisdə təşkilat məsələləri də müzakirə edilib. Nəticədə 25-dən çox ölkədən gəlmiş, eyni zamanda Məclisə onlayn qoşulmuş qurultay nümayəndələri 16 ayrı komitənin tərkibini səsvermə yoluyla müəyyən ediblər. Əlavə olaraq DUQ-un başqanı və onun müavinləri də seçilib.

DUQ-un Məclisə qədərki başqanı Dolkun İsa 204 iştirakçıdan 198-nin səsini alaraq yenidən rəhbər vəzifəsinə seçilib. Onun üç müavini vəzifəsinə Erkin Ekrem, Zubeyre Şemsidin və Perhat Yorungqaş seçilib.

İcraiyyə Komitəsinin sədri vəzifəsinə Ömer Kanat, onun müavinləri vəzifəsinə isə Semet Abla, İlşat Hesen, Turğuncan Alavudun və Erkin Exmetov seçilib.

Erkin Zunun Gənclər Komitəsinin, Zumretay Arkin isə Qadınlar Komitəsinin sədri seçilib.

Qeyd edək ki, DUQ qırmızı Çinin tətbiq etdiyi davamlı soyqırım siyasəti üzündən Doğu Türkistanı tərk etməyə məcbur qalmış mühacir uyğurları öz sıralarında birləşdirən bir qurumdur.

DUQ Baş Məclisindən görüntü

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.