Press "Enter" to skip to content

Brakonyerlər saxlanıldı

Bayraqdar.info – Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizi sahillərində, Şəmkir su anbarında və Kür çayında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Bu barədə noyabrın 15-də bayraqdar.info-ya Xidmətdən məlumat verilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakini Cəmil Bayramov, Lənkəran rayon sakinləri Əfqan Nəzərov, Fərhad Sadıxov, Valeh Əliyev, Şəmkir rayon sakinləri Elçin Mustafayev, Elman Hüseynov, Tovuz rayon sakini Qalib Abdullayev və Şabran şəhər sakini Mənsur Cəbrayılov olduğu müəyyən edilib. Onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

“Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və brakonyerlər ümumilikdə 5 min 600 manat məbləğində cərimələnib”.

B.Məhəmmədov onu da qeyd edib ki, ayrı-ayrı rayonların inzibati ərazisində qanunsuz ov edən Tərtər rayon sakinləri Namiq Mirzəyev, Mübariz Sadıqov, Ağdam rayon sakini Elmin Kazımov və Şəki rayon sakini Araz Rəşidov saxlanılıb. Onlardan da istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. Faktla bağlı təqsirkar şəxslər barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

Mission News Theme by Compete Themes.