Press "Enter" to skip to content

BMT fərdi fəallıq aksiyasına çağırır

Bayraqdar.info – Birləşmiş Millətlər Təşkilatı bəşəriyyətin gələcəyini təminat altına almaq üçün birgə səylərin vacibliyinə diqqət çəkmək üçün kampaniyanı davam etdirir. “Sırf təmiz gələcəyə doğru” adı altında, “İndi qoşul” çağırışıyla aparılan kampaniya artıq milyonlarla tərəfdar toplayıb.

Kampaniyanın məqsədi yaşanıla biləcək iqlimin təmin edilməsi üçün 2050-ci ilə kimi istixana qazlarının sıfıra endirilməsidir. Bunun üçünsə hökumətlər və iş adamları diqqətli olmalıdır. Eyni zamanda vətəndaşların da üzərinə vəzifə düşür. Özəlliklə də inkişaf etmiş ölkələrdə.

“İndi qoşul” (ActNow) bu baxımdan BMT-nin məhz fərdlərə yönəlik kampaniyasıdır.

Kampaniyanın təşkilatçıları inanır ki, bizim hər birimiz qlobal istiləşmənin qarşısının alınması və planetimizin qayğısına qalmaq üçün yardımçı ola bilərik. “Biz ekologiyaya daha zərərsiz seçimlər üzərində durmaqla məsələnin həllinin bir parçası ola bilərik”, – deyə BMT bunun üçün hazırlanmış xüsusi tətbiqi də təqdim edir.

Kampaniya çərçivəsində nə etmək olar? Bu sualın cavabını “İndi qoşul” kampaniyası belə verir: evdə elektrikə qənaət et; piyada gəz, velosiped sür və ya ictimai nəqliyyatdan istifadə elə; daha çox meyvə-tərəvəz ye; səyahətlərinə diqqət elə; qida tullantılarını mümkün qədər azalt; azalt, yenidən istifadə et, təmir elə, yenidən emal et; evin enerji mənbəyini dəyiş; elektrik avtomobilinə keç; ekoloji təmiz məhsulları seç; və əlbəttə ki, səsini ucalt.

Şəxsən mən özümü artıq bu gündən kampaniyaya qoşuluram.

Mission News Theme by Compete Themes.