Press "Enter" to skip to content

Bakı Dövlət Sirkində Zəfər sərgisi

Bayraqdar.info – Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, Bakı Dövlət Sirkində Zəfər sərgisi təşkil olunub. Dövlət Sirkinin orkestr heyəti “Heyratı-Zərb” muğamını ifa edərək sərginin açlışını edib.

Sərgiyə Dövlət Rəsm Qaleriyası və Caspian Awards (Kaspian Avards) da dəstək verib. “Zəfər rəssamların gözü ilə” sərgisinin əsas ziyarətçiləri şəhid və qazi ailələri olub. 44 günlük Vətən savaşında iştirak edən qəhrəmanlarımız döyüş təsüratlarını qonaqlarla bölüşüblər.

“Sirkin direktoru Elmir Hüseynov tədbirdə iştirak edən şəhid və qazi ailələrinə təşəkkürünü bildirib və onları “Hünər Meydanı” adlı sirk proqramına baxmağa dəvət edib.

“Bundan başqa, “Şəhid övladlarının Zəfər Sədası” xor dəstəsi də sərgi iştirakçıları üçün öz kliplərini təqdim ediblər. Onların layihə rəhbəri Həcər Əkbərova da sərgidə fikirlərini bölüşüb.

“Tədbir iştirakçıları arasında Azərbaycan Fotoqraflar Birliyinin sədr müavini Rauf Umud çıxış edib. Sərgiyə “ASAN” Könüllülər Təşkilatının “Əsgərə məktub” layihəsi də dəstək verib, ziyarətçilər və Bakı Dövlət Sirkinin kollektivi əsgərlərə məktub yazıblar.

“Qeyd edək ki, sərgidə mövzusu Zəfər Günündən bəhs edən 15-ə yaxın peşəkar rəssamların əsərləri sərgilənib.

“Xatırladaq ki, Bakı Dövlət Sirki Zəfər Günü ilə əlaqədar olaraq silsilə tədbirlərə başlayıb. Bu tədbirlər sırasında “Dəmir yumruq” kompozisiyasının təqdimatı, Zəfər Yürüşü də yer alıb.

“Zəfər rəssamların gözü ilə” sərgisi iki gün davam edəcək”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.