Press "Enter" to skip to content

Azərbaycanın qabaqcıl təcrübəsi digər ölkələrdə tətbiq edilə bilər

Bayraqdar.info – Dövlət Sosial Müdafiə Fondu (DSMF) “MDB ölkələrində və Gürcüstanda pensiya təminatının inkişaf perspektivləri” mövzusunda “dəyirmi masa”da təmsil olunub. Moskva şəhərində keçirilən “dəyirmi masa” Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.

Bu barədə bayraqdar.info-ya noyabrın 15-də DSMF-dən məlumat verilib.

Bildirilib ki, tədbirdə assosiasiyanın fəaliyyəti, üzv dövlətlərin pensiya və sosial fondlarının əldə etdiyi nailiyyətlər barədə danışılıb. Həmçinin, qurumun sosial inkişaf parametrlərinin vahid metodologiya əsasında müəyyən edilməsinə imkan verəcək çevik qiymətləndirmə indeksinin tərtib edilməsi, əməkçi miqrantların peynsiya təminatı, assosiasiyanın yaranmasının 30 illik yubileyinə hazırlıq məsələləri müzakirə edilib.

“Dəyirmi masa”da üzv ölkələrin pesiya və sosial fondlarının təqdimatları dinlənilib.

Vurğulanıb ki, DSMF-nin İdarə Heyətinin sədr müavini Səfər Mehdiyev sosial təminat sahəsində Azərbaycanda aparılan son islahatlardan, görülən işlərdən, əhaliyə göstərilən elektron xidmətlərdən və sözügedən sahənin təkmilləşdirilməsinə yönələn prioritet hədəflərdən danışıb.

Assosiasiyanın rəhbərliyi və üzv dövlətlərin nümayəndələri əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində son illər ərzində ölkəmizin əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirərək, Azərbaycanın qabaqcıl təcrübəsinin öz ölkələrində tətbiqi perspektivlərindən danışıblar.

Mission News Theme by Compete Themes.