Bayraqdar.info – Gürcüstanda keçirilən Birinci Beynəlxalq Animasiya Konfransında “Animated Film Project Pitching” vorkşopunun qalibləri elan olunub.
Bu barədə bayraqdar.info-ya Beynəlxalq Animasiya Federasiyasından xəbər verilib.
Xəbərdə bildiirlir ki, Azərbaycanlı iştirakçılar Firəngiz Bağırova və Leyli Salayevanın “Sonuncu lələk” layihəsi vorkşopun qalibi olub və onlara 2022-ci ildə Fontevroda (Fransa) bir aylıq rezidensiya proqramında iştirak etmək hüququ qazandırıb.
“Noyabrın 8-12-də Tbilisidə keçirilən 5 günlük vorkşopda 9 Gürcüstan və 1 Azərbaycan animasiya layihəsi iştirak edib. Müəlliflər məşhur Fransız prodüser Olivier Catherinin rəhbərliyi altında layihələrini inkişaf etdirmək və təqdim etmək üçün bənzərsiz bir fürsət qazanıblar.
““Animfilm” beynəlxalq animasiya festivalı, Mədəniyyət Nazirliyi, Gürcüstan Milli Kino Mərkəzi və Tbilisi Bələdiyyəsinin dəstəyi ilə “Annecy” beynəlxalq animasiya film festivalı, Gürcüstan Film-Abxazeti Kino Mərkəzi, Kvali XXI Film Studiyası və Saqanima Gürcüstan Animasiya Assosiasiyası tərəfindən təşkil edilən 7-ci “Animated Film Project Development/Pitching” vorkşopuna qoşulub”, – deyə xəbərdə bildirilir.