Press "Enter" to skip to content

A.Guevara De la Vega: “Növbəti görüş Bakıda olacaq”

Bayraqdar.info – Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndə heyəti beynəlxalq COP26 tədbirində iştirak edib.

SOCAR-dan bayraqdar.info-ya verilən məlumata görə, Qlazqo şəhərində keçirilən ənənəvi COP26 (Conference of the Parties – COP) konfransında SOCAR-ı ekologiya üzrə vitse-prezident Rəfiqə Hüseynzadənin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Tədbirdə bir sıra dövlət rəhbərlərinin, nazirlərin, nüfuzlu elm ocaqlarının, akademiya və institutların, habelə nəhənq şirkət rəhbərləri qatılıb. Konfransda dünyanın “Sıfır karbon emissiyası” (NetZero) hədəfinə çatması mövzusunda müzakirələr aparılıb.

“R. Hüseynzadə müzakirələrdə iştirak edib, atmosfer emissiyalarının sıfra endirilməsi istiqamətində SOCAR-da görülən uğurlu işlərin əhəmiyyətindən söz açıb.

“Şotlandiyanın “NetZero”, energetika və nəqliyyat məsələləri üzrə naziri Maykl Metisonun, hökumətin “Hidrogen siyasəti” üzrə rəhbəri Stüard Makkeyin, Aberdin şəhər şurasının başçısı Riçard Svitnamın iştirakı ilə təşkil edilmiş “Hidrogen günü” tədbirinə R. Hüseynzadə də qoşulub.

“Səfər çərçivəsində R.Hüseynzadə bp-nin Region və şəhər dekorbanizasiyası üzrə vitse-prezidenti Andres Guevara De la Vega, bp-nin vitse-prezidenti Nigel Dunn, “Hydrogen, Howden Group” un qlobal direktoru Salah Mahdi ilə görüşüb. A.Guevara De la Vega ilə bu sahədə növbəti görüşün Bakıda keçirilməsi və birgə fəaliyyətin dərinləşdirilməsi haqqında razılıq əldə olunub.

“Qeyd edək ki, COP konfransı (“Tərəflərin Konfransı”-Conference of the Parties – COP) BMT-nin 1994-cü ildə qüvvəyə minmiş İqlim Dəyişmələri üzrə Konvensiyası çərçivəsində ənənəvi olaraq hər il keçirilir”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.