Bayraqdar.info – Güney Azərbaycan türklərinin əl-Əhvazda yaşayan ərəb xalqını müdafisəsi zamanı həbs edilən Azərbaycanlı milli fəal Nadir Sadiqiana Təbriz Cinayət Məhkəməsinin 111-ci şöbəsi tərəfindən hökm oxunub.
“Azad İran” Telegram kanalının noyabrın 13-də verdiyi xəbərə görə, məhkəmə qərarına əsasən, N.Sadiqian dövlət büdcəsinə 60 milyon rial məbləğində cərimə ödəməlidir.
N.Sadiqian “ictimai şəbəkələrdə telekommunikasiya sistemləri vasitəsilə insanları zorakılığa təhrik və dəvət etmək”də ittiham olunur.
Xatırladaq ki, N.Sadiqian 2021-ci il, iyul ayının 25-də İranın əmniyət gücləri tərəfindən həbs edilərək Təbrizdə ETTELAAT İdarəsinin təcridxanasına salınıb.