Press "Enter" to skip to content

Türk Keneşi tarix oldu, sosial media hesabları da dəyişdi

Türk Devletleri Teşkilatı

Bayraqdar.info – 12 noyabr 2021-ci ildə İstanbulda Türk Keneşinin əsasında Türk Dövlətləri Təşkilatının qurulmasıyla qurum öz tarixi missiyasını başa vurdu. İndi yeni bir təşkilat daha dinamik və məqsədyönlü, çevik fəaliyyətlə türk dünyasında qaynaşmanı-yaxınlaşmanı təmin edəcək.

Yeni qurum artıq sələfi olan Türk Keneşinə aid sosial media hesablarının da yeni quruma uyğunlaşdırıldığını elan edib.

Noyabrın 13-də Türk Dövlətləri Təşkilatının yaydığı xəbərə görə, quruma aid bütün sosial media hesabları yeni ad altında fəaliyyət göstərəcək.

Xəbərdə deyilir:

“Dünən türk dünyası liderlərinin 8-ci Zirvə Görüşündə hamımız tarixi bir məqamın şahidi olduq!

“İndi dünyanın bütün müstəqil türk dövlətləri bir təşkilatda toplaşıblar.

“Zirvə Görüşü zamanı türk dünyası liderləri Türk Keneşinin adının TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATI olaraq dəyişdirilməsi barədə qərar qəbul ediblər.

“Buna uyğun olaraq sosial media hesablarımızın adını dəyişdik. Səhifələrimizdə Təşkilatımızın işi, tədbirləri və layihələri haqqında bütün məlumatları tapa bilərsiniz!

“Türk Dövlətləri Təşkilatının sosial media hesablarına aşağıdakı ünvanlardan müraciət edə bilərsiniz: Facebook, Instagram, Twitter, Linkedin, Youtube.

Biz birlikdə daha güclüyük!
Biz birge mıqtımız!
Biz birge dagı küçtüübüz!
Biz birlikte daha güçlüyüz!
Biz birgalikda kuçliroqmiz!
Biz bilelikde has güyçli!
Erősebbek vagyunk együtt!
Together We Are Stronger!”

Əlavə edək ki, Təşkilatın emblemi də yeni ada uyğunlaşdırılıb.

Mission News Theme by Compete Themes.