Press "Enter" to skip to content

Recep Tayyip Erdoğan: KKTC-ni aramızda görməyi ürəkdən arzu edirik

Son yeniləmə: 13 Noyabr 2021 15:47

Bayraqdar.info – “Ailə rəsmimizi daha da zənginləşdirmək üçün qarşıdakı dövrdə Kuzey Kıbrıs Türk Cümhuriyyətini də aramızda görməyi ürəkdən arzu edirik”.

Bunu Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan deyib.

Türkiyə Cümhuriyyəti İletişim Başkanlığının saytında yer alan məlumata əsasən İstanbulun Demokratiya və Azadlıqlar Adasında keşirilən Türk Keneşinin VIII Zirvə Görüşündəki çıxışında Cümhurbaşqanı bir çox önəmli məsələlərə toxunub.

Çıxışının sonunda Türk Keneşinin beynəlxalq təşkilat olaraq cazibə mərkəzinə çevrildiyini məmnuniyyətlə müşahidə etdiklərini vurğulayan Recep Tayyip Erdoğan, həmçinin KKTC ilə bağlı vacib məqama da toxunub: “Bu çərçivədə bu gün təşkilatımızın müşahidəçi statusu və ortaqlıqların qurulması qaydaları ilə bağlı qərarlar da qəbul edəcəyik. Ailə rəsmimizi zənginləşdirmək üçün qarşıdakı dövrdə Kuzey Kıbrıs Türk Cümhuriyyətini də aramızda görməyi səmimiyyətlə arzu edirik. Türk dünyasının ayrılmaz bir parçası olan Kıbrıs türklərinin məruz qaldığı təcrid və yasaqların yüngülləşdirilməsində sizin dəyərli dəstəklərinizə ümid edirəm”.

One Comment

  1. […] Recep Tayyib Erdoğan noyabrın 12-də keçirilən Türk Keneşinin VIII Zirvə Görüşündəki çıxışının sonunda KKTC ilə bağlı vacib məqama da toxunub: “Ailə rəsmimizi zənginləşdirmək […]

Comments are closed.

Mission News Theme by Compete Themes.