Son yeniləmə: 13 Noyabr 2021 18:54
Bayraqdar.info – Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 13-ü günorta saatlarından başlayaraq Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan, snayper tüfəngi və qumbaraatanlardan da istifadə etməklə atəşə tutub.
Bu haqda xəbəri noyabrın 13-ü saat 18 radələrində Müdafiə Nazirliyi yayıb.
Xəbərdə daha sonra deyilir ki, “Azərbaycan Ordusunun bölmələri qarşı tərəfin təxribatının qarşısını almaq üçün adekvat tədbirlər görür, hazırda bu istiqamətdə atışma davam edir. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”.
Əlavə edək ki, noyabrın 13-ü səhər saatlarında bir erməni rus sülhməramlılarının gözü qarşısında – onların nəzarətindəki ərazidən Şuşa şəhərinin girişindəki Azərbaycan əsgərlərinin postuna əl qumbarası ataraq terror əməlinə cəhd göstərib. Nəticədə 3 Azərbaycan hərbçisi yaralanıb.
Sonrada müəyyən edildiyi kimi, bu, Ermənistan vətəndaşı, 1975-ci il doğumlu Norayr Mirzoyan olub. Erməni təbliğat maşını video görüntülərlə təsdiqlənən sübutlara baxmayaraq hətta bu məsələdə belə Azərbaycan əsgərlərini günahlandıracaq qədər həyasızlıq edir.