Son yeniləmə: 12 Noyabr 2021 17:03
Bayraqdar.info – Noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Keneşi) Baş Katibliyinin yeni binasının rəsmi açılışı olub. Bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumatda deyilir ki, açılış mərasimi İstanbulda Türk Keneşinin Demokratiya və Azadlıqlar Adasında keçiriləcək 8-ci Zirvə Toplantısı çərçivəsində öncə baş tutub.
Beləliklə, Türk Keneşinin Baş Katibliyinin Sultanəhməddəki yeni binasında açılış mərasimində Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanla yanaşı Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Caparov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməmmədov, Macarıstanın Baş naziri Viktor Orban və Türk Keneşinin Başkatibi Baghdad Amreyev iştirak ediblər.
Mərasim iştirakçıları sonra Demokratiya və Azadlıqlar Adasına yola düşüblər.