Press "Enter" to skip to content

Sosial sahibkarlığa dəstək

Son yeniləmə: 12 Noyabr 2021 15:35

Bayraqdar.info – Həssas qruplar üçün layiqli məşğulluq imkanlarının formalaşdırılması, onların cəmiyyətə inteqrasiyası və sosial sahibkarlığın təşviqi prioritet istiqamətlərdən biridir. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin sədrinin müavini Cəmaləddin Quliyev deyib.

Dövlət Agentliyindən bayraqdar.info-ya noyabrın 12-də verilən məlumata görə, bu qurumda Sosial sahibkarlığın inkişafı və təlim mərkəzinin nümayəndələri ilə görüş keçirilib.

Bildirilib ki, Cəmaləddin Quliyev görüş iştirakçılarına Agentliyin fəaliyyət istiqamətləri, həyata keçirilən islahatlar və aktiv layihələr barədə məlumat verib. Görüşdə sosial sahibkarlığın əhəmiyyəti, bu sahənin ölkəmizdə inkişafı və təşviqi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb.

Sosial sahibkarlığın təşviqi istiqamətində həyata keçirilən sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi, məqsədli proqramlar, peşə hazırlığı və peşəyönümü məsləhəti, özünü məşğulluq proqramı barədə müzakirələr aparılıb.

Görüşdə sosial sahibkarlıq ilə bağlı qanunvericilik layihəsinin hazırlanması istiqamətində görülən işlər, bu məqsədlə yaradılacaq işçi qrupunun fəaliyyəti zamanı əməkdaşlıq imkanları dəyərləndirilib və ilkin razılıq əldə edilib.

Mission News Theme by Compete Themes.